SumgaitLibrary

+994 186520087


Mühazirə

29.10.2018- ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Zəngilan rayonunun işğalı ilə əlaqədar “Dağlar dağımdır mənim”adlı mühazirə keçirildi. Multimedia mütəxəssisi İsayeva Ülviyyə qeyd etdi ki, 707kv km ərazisi ,35 minə yaxın əhalisi, 70-dən çox yaşayış məntəqəsi olan Zəngilan rayonu 1993-cü il noyabrın 1-də düşmən tərəfindən işğal olundu.Zəngilanlılar doğma ocaqlarını tərk etməyə məcbur oldular. Qeyd olundu ki, gün gələcək düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olacaq. Mühazirə oxucuların marağına səbəb oldu.