SumgaitLibrary

+994 186520087


Musiqi günü

29.10.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq görkəmli opera müğənnisi, xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı “Səhnəmizin Ərəbzəngisi” adlı musiqi günü keçirilmişdir. Kitabxanaçı İsayeva Ü. Oxuculara Gülxar Həsənovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirmişdir ki, səhnəmizin ölməz sənətkarı “Leyli və Məcnun”, ”Əsli və Kərəm”, ”Aşıq Qərib” və sair operalarda baş rolları ifa etmişdir. Tədbirdə müğənninin ifasına mahnı və təsniflər səsləndirilmişdir.Tədbir oxucuların marağına səbəb olmuşdur.