SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

29.10.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Xocavənd və Zəngilan rayonlarının işğalı ilə əlaqədar “Ağrılı yerlərimiz” adlı informasiya saatı keçirildi. Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Z.Məmmədova iştirakçılara olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik olan Xocavənd və Zəngilan rayonlarının tarixi keçmişindən bəhs etdi. Sonra Xocavənd rayonunun 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğalından söhbət açaraq bildirdi ki, azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış ev yandırılaraq əmlakları talan edilib.47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 21 təhsil müəssisəsi, 32 səhiyyə 59 mədəniyyət, 10 tarixi abidə dağıdılaraq məhv edilmişdir. Xocavəndlilər 13 qadın, 13 uşaq olmaqla 145 nəfər şəhid vermişdir. Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da xain düşmənin təcavüzünə məruz qalması nəticəsində 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yolu stansiyası, 2 şərab zavodu, Konserv zavodu, dəmir yol deposu, nadir Çinar meşələri qırılaraq məhv edilmişdir.