SumgaitLibrary

+994 186520087


Naxçıvan-İslam mədəniyyəti

29.10.2018-ci il tarixində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” mədəniyyət ili çərçivəsində İncəsənət şöbəsi 23 saylı məktəbdə “Vətənimizin Naxçıvan diyarı” adlı tədbir keçirdi. Tədbiri İncəsənət şöbəsinin mültimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq qeyd etdi ki,İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur.Sonra Naxçıvanın tarixi, mədəni, dini adidələrini özündə əks etdirən videoçarx nümayiş olundu.Sonda “Naxçıvan” kitabı və diski təqdim olundu.