SumgaitLibrary

+994 186520087


İsa Muğanna -90

28.10.2018-ci il tarixində İncəsənət şöbəsində İsa Muğannanın 90 illik yubleyi ilə əlaqədar tədbir keçirildi.Tədbiri İncəsənət şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Əliyeva Cəmilə açaraq yazıçı İsa Muğannanın həyat və yaradıcılığı haqqında məlumat verdi.Sonra yazıçının “Tütək səsi” əsəri oxucuların müzakirəsinə verildi.Qeyd olundu ki,əsər qanlı-qadalı müharibə illərindən, arxa cəbhədə insanların ağır əməyindən bəhs edir.Tədbirdə qocaman müəllim Vilayət Qasımov və 23 saylı məktəbin 8 və 9 cu sinif şagirdləri iştirak etdilər.Vilayət müəllim bu əsər əsasında çəkilmiş“Tütək səsi” filminə baxmağı uşaqlara tövsiyyə etdi.