SumgaitLibrary

+994 186520087


Səhnəcik

24.10.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi “Uşaq mütaliə festivalı” ilə əlaqədar, şair Əhməd Cəmilin 105 illiyi münasibətilə “Can nənə, bir nağıl de” adlı səhnəcik hazırlayıb nümayiş etdirmişdir.Tədbiri açan uşaq şöbəsinin müdiri Y.Hüseynova iştirakçıları salamlayaraq Azərbaycanın görkəmli şairlərindən biri olan Əhməd Cəmilin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin şair Əhməd Cəmilin 105 illiyi ilə əlaqədar “Can nənə, bir nağıl de” şeri əsasında hazırladıqları səhnəciyi ifa etdilər. Tədbirdə iştirak edən Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, uşaqların sevimli yazıçısı Gülzar İbrahimova, S.Vurğun adına mərkəzi kitabxananın böyük metodisti Natəvan Axundzadə, N.Gəncəvi adına uşaq kitabxana klubun müdiri Zərnigar Babayeva, 14 saylı məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev, yazıçı-publisist, ssenarist Hafiz İmamnəzərli, yazıçı Məqsəd Nur çıxış edərək uşaqların ifasını yüksək qiymətləndirdilər, belə tədbirlərin keçirilməsində və uşaqların istedadının aşkara çıxarılmasında böyük rolu olan kitabxana əməkdaşlarına, xüsusilə Yeganə Hüseynovaya öz təşəkkürlərini bildirdilər. Yazıçı Gülzar İbrahimova uşaq şöbəsinə öz nağıl disklərini və yeni kitabını hədiyyə etdi. Tədbirdə şair Əhməd Cəmilin əsərlərindən ibarət sərgi nümayiş etdirildi