SumgaitLibrary

+994 186520087


Nağıl saatı

24.10.2018-ci il tarixində Uşaq mütaliə festivalı çərçivəsində İncəsənət şöbəsi 54 saylı Günəş uşaq bağçasında “Can nənə, bir nağıl de!” adlı nağıl saatı keçirdi. Tədbiri şöbənin müdiri Qələndərova Aidə açaraq uşaqlara kitab oxumağın əhəmiyyətini başa saldı.Sonra uşaqlara nağıllar, şeirlər oxudu, tapmacalar söylədi. Uşaqlar da öz növbəsində bildikləri şeirləri söylədilər, “Turp” nağılını səhnəcik formasında nümayiş etdirdilər.