SumgaitLibrary

+994 186520087


Nağıl saatı

23.10.2018-ci il tarixində Uşaq mütaliə festivalı çərçivəsində İncəsənət şöbəsində “ Danış nağıl, hekayə, şeir de, nəğmə söylə” adlı nağı saatı keçirildi.Tədbiri şöbənin mültimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq qeyd etdi ki, gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün mütaliə əsas vasitələrdən biridir.O, uşaqlara kitabları sevməyi, çoxlu mütaliə etməyi tövsiyyə etdi. Sonra söz uşaqlara verildi. Onların ifasında şeirlər, mahnılar səsləndi, rəqs nömrələri nümayiş olundu.