SumgaitLibrary

+994 186520087


Ucadan oxu

23.10.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 45 saylı uşaq bağçasında “Uşaq mütaliə festivalı” ilə əlaqədar “Küsüb inciyən kitablar” adlı ucadan oxu keçirmişlər. Tədbir 45 saylı uşaq bağçasının məktəbəqədər qrupu ilə birlikdə keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi L. Muradova onları kiçikyaşlı uşaqlara aid olan kiril qrafikalı kitablarla tanış edərək Cəmil Rəfiyevin “Quş yuvası”, Abbas Səhhətin “Cücələrim”, Xanmana Əlibəylinin “Bir gölün sahilində”, Tofiq Ağayevin “İşıldaböcək”, Rəsul Rzanın “Meyvələr” əsərlərini ucadan oxudu, onlara müxtəlif tapmacalar söylədi.Uşaqlar tapmacaların cavablandırılmasında fəallıq göstərdilər.Sonra “Cücələrim” mahnısını birlikdə xorla ifa etdilər. Tədbirdə uşaq şöbəsinin təşkil etdiyi “Payız mozaikası” adı altında kitablar və əl işlərindən ibarət sərgi nümayiş edildi.