SumgaitLibrary

+994 186520087


Cizgi filminə baxış

22.10.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 17 saylı “Ayla” uşaq bağçası-körpələr evinin fidanlarının iştirakı ilə “Uşaq mütaliə festivalı” çərçivəsində A.Şaiqin “Tülkü həccə gedir” eyniadlı mənzum pyesi əsasında çəkilmiş cizgi filminə baxış keçirildi. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Elza Həsənova Azərbaycan milli uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra uşaqlar adıçəkilən cizgi filmini izlədilər. Sonra uşaqlar kitabxana əməkdaşlarının köməyi ilə nağıl qəhrəmanlarının rəsmlərini çəkdilər və əl işlərini kitabxanaya hədiyyə etdilər.Tədbirin sonunda körpə fidanlar kitabxananın nağıl guşəsinin qonağı oldular.