SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

22.10.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət musiqi məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş “Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbir müstəqil Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olundu. Tədbirdə S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət musiqi məktəbinin müəlliməsi Vüsalə Həşimova və Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva və multimedia mütəxəssisi Səbinə Qasımova müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışaraq XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdilər. Daha sonra məktəbin şagirdlərindən Nuray Rzazadə “Müstəqil olmaq nədir?”, Ahu Əlizadə “Müstəqilliyimiz”, Nigar Məmmədzadə “Milli Müstəqillik günümüz”, “Cümhuriyyətimizin qurucusu Məmməd Əmin Rəsulzadə” adlı məruzələrlə çıxış etdilər. Şagirdlərdən Mehrəngiz Qurbanova, Nuray Məmmədli, Ahu Əlizadə, Nərmin Ağalarovanın iştirakı ilə B.Vahabzadənin “Azərbaycan oxusun”, Dursun Musayevanın “Hələ çiynimizdədir uğurlu əlin”, Məhməd Akif Ərsoyun “İstiqlal himni” şeirləri əsasında hazırladıqları bədii kompozisiya ilə çıxış etdilər.