SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.10.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Dahi Nizami” layihəsi çərçivəsində “Nizaminin musiqi dünyası” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxanaçı Sadıxova Ayna açaraq oxuculara bildirmişdir ki, Nizami Gəncəvi XII əsrin parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, böyük mütəfəkkir, filosof-şair Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. Bütün aləmləri şeiriyyətin, idrakın və hissiyyatın gücü ilə fəth edən böyük şairin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, onun irsi dünya durduqca, insanlıq mövcud olduqca neçə-neçə yüz illər, min illər bundan sonra da öz əhəmiyyətini, məna gözəlliyini, təsir gücünü itirməyəcəkdir.