SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

18.10.2018-ci il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada Azərbaycan Respublikası Müstəqilliyi gününə həsr olunmuş “Müstəqillik-xalqımızın milli sərvətidir” adlı oxucu konfransı keçirildi. Tədbiri giriş sözü ilə Məlumat-biblioqrafiya şöbəsinin əməkdaşı Axundzadə açaraq qeyd etdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Tədbirdə 12 saylı orta məktəbin tarix müəlliməsi Məleykə Məmmədova, xidmət şöbəsinin əməkdaşı Seyidnurova Xəyalə çıxış etdilər, 5 saylı orta məktəbin şagirdləri Bəşirova Zəhra və Kərimova Aynur müstəqilliyə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə müstəqilliyə həsr olunmuş video-çarx izlənildi. Sonda kitabxananın direktoru Əhmədova Yeganə xanım tədbir iştirakçılarına öz minnətdarlığın bildirib, bayram münasibəti ilə iştirakçıları təbrik etdi.