SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

17.10.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 18 Oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Azad bir ölkənin övladıyıq biz” başlıqlı ədəbi- bədii gecə keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Böyük mütəxəssis Səadət Allahverdiyeva hamını salamladı, müstəqillik günü haqqında oxuculara geniş məlumat verdi. Kitabxananın oxucusu Bədəlzadə Gülgəz “Müstəqil, azad dövlətimiz” adlı məruzə etdi. Sonra söz oxuculara verildi. İbrahimli Kənan, Müseyibova Aysel, Sultanova Aysel, Novruzzadə Aynur, Cəfərov Xəyal, Həsənzadə Nicat müstəqillik gününə həsr olunmuş şeirlər söylədilər. Həmçinin movzu ilə əlaqədsar videoçarx da nümayış olundu. Tədbir oxucuların marağına səbən oldu.