SumgaitLibrary

+994 186520087


Anım günü

15.10.2018-ci il tarixində H.Zeynalabdin Tağıyev qəsəbə kitabxanası 19 saylı tam orta məktəbdə “Aprel şəhidləri ” adlı anım günü keçirdi. Tədbir manqa başçısı Əbdülməcid Nadirşah oğlu Axundovun anadan olmasının 25 illiyinə həsr olunmuşdur.Tədbirdə 4a sinif şagirdləri ,sinif rəhbəri Rzayeva Səmayə iştirak edirdi.Tədbirin əvvəlində qəhrəman şəhidimizin həyat və döyüş yolunu əks etdirən fotoslayd nümayiş etdirildi. Şagirdlərdən Zəhra, Aysu Çiçək, Yusif, İsmayıl, Renat F.Qocanın “Şəhid ruhunun anasına pıçıldadıqları” şeirini söylədilər.Tədbirdə Əbdülməcid Axundovun qısa, lakin şərəfli ömür yolundan güniş məlumat verildi. Belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvər ruhun yüksəlməsinə xidmət edir.