SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Poeziya axşamı
13.10.2018 –ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda Xalq şairi Məmməd Arazın 85 illiyinə həsr edilmiş “Bir də gəlişimə zəmanət olsa..." adlı poeziya axşamı keçirildi . Kitabxananın müdiri oxucuları və qonaqları salamladi . Xalq şairinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildıkdən sonra tədbir sazın sədaları ilə açıq elan olundu və tadbiri aparmaq üçün şair Asif Asimana söz verildi. Fəal oxuculardan Mustafayeva Emilya, Əkbərova Aysu ,Nəbiyeva Günel, Ömərova Nuray , Əliyeva Nuray, Zalova Şəfəq, Əliyev İbrahim, Cəbrayılova Mələk, Dərgahquliyev Fərid, Orucova Ayşən, Əsgərova Sevil, Abdullayeva Şəfiqə şairin şeirlərini sevə- sevə ifa etdilər. Tədbirdə iştirak edən şair Elbrus Qayalı, şair Əliyar Mərdiyev, Rəhilə Veysəlli Məmməd Araz haqqında maraqlı fikirlər söylədilər. Kitabxananın qocaman oxucusu SDU –nun müəllimi Əliyev Xasay ədəbiyyatımızda Məmməd Araz poeziyası haqqında çıxış etdi. Ərazı M.İ.S-in rəisi Quliyev İskəndər müəllim gözəl çıxışı ilə kitabxanaın fəaliyyətini yüksək qiymətlən-dirərək saz çalan qızları alqışladı gözəl tədbirə görə kitabxana rəhbərliyinə təşəkkür etdi. Hər zaman köməklik edəcəyini vurğuladı. Tədbir Şairin “Salamat qal “ şeiri ilə sona yetdi. Sonda xatirə şəkli çəkildi.