SumgaitLibrary

+994 186520087


Anım günü

15.10.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanları Yunis Əliyev ,Nofəl Quliyev və Allahverdiyev Elbrusa həsr olunmuş “Vətən cagırır” adlı anım günü keçirilmişdir. Tədbirdə kitabxananın oxucuları, 28 nömrəli məktəbin 10-cu sinif şagirdləri iştirak etmişdir. Kitabxanaçı İsayeva Ülviyyə Milli Qəhrəmanlar haqqında geniş məlumat vermiş , video çarx göstərmişdir. Şagirdlərdən Nəsibova Lətifə, Şiri Nərmin ,oxuculardan Bayramlı Fəridə milli qəhrəmanlar haqqında şeirlər demişdir.Məktəbin müəlliməsi Kifayət Aslanova tədbir haqqında öz fikirlərini bildirmişdir. Tədbir oxucuların böyük maragına səbəb olmuşdur.