SumgaitLibrary

+994 186520087


Xatirə günü

13.10.2018-ci il tarixində Gənclər kitabxanasının təşkilatçılğı ilə 12 saylı tam orta məktəbin IX sinif şagirdləri ilə Aprel şəhidləri Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin doğum günü ilə əlaqədar “Bitməyən savaşın qəhrəmanları” adlı xatirə günü keçirilmişdir. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kitabxana müdiri Sona Eminova çıxış edərək bildirib ki, Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış Aprel qələbəsini bizlərə bəxş etmiş Vətən oğullarının əziz xatirəsi günümüzdə də ən yüksək ehtiram hissi ilə yad edilir. Azərbaycan Silahlı Qüvvələrinin dörd günlük uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilən bir neçə strateji əhəmiyyətli yüksəklikdə bu gün Azərbaycan bayrağının dalğalanması məhz həmin Vətən oğullarımızın misilsiz qəhrəmanlıqlarının göstəricisidir. Aprel şəhidləri Əbdülməcid Axundov və Rəşid Baxşəliyevin həyat və döyüş yolundan bəhs edən kitabxana müdiri Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından söz açdı və Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğu, şəhidlərimizin qanının yerdə qalmayacağı vurğulandı. Dil-ədəbiyyat müəllimi İradə Quliyeva qeyd etdi ki, aprel döyüşlərində həlak olan Vətən oğullarının hamısı ölməz qəhrəmanlardır. Onlar şəhid olsalar da, öz adlarını Azərbay-can xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.Bu gün hər kəsin qarşısında duran əsas missiyalardan biri də odur ki, onların ideyalarını yaşadaq və yeni nəsilə ötürək. İtirdiyimiz igidləri tanıdaq, yaşadaq və təbliğ edək ki, cəsur qəhrəmanlarımız yetişsin”.