SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

12.10.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 5 saylı məktəbdə Məmməd Arazın 85 illiyi ilə əlaqədar “Haqqım var ki, öyünüm” adlı ədəbiyyat saatı keçirmişdir. Tədbir 5 saylı məktəbin 4-cü sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi L. Muradova şagirdlərə xalq şairi Məmməd Arazın həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, o, istər təbiət, istər insan gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə də xarici ölkə səyahətindən bəhs etdiyi şeirlərində yalnız Vətənə xidmət eşqini tərənnüm edir.Vətənpərvərlik, insana məhəbbət, bədii həqiqət Azərbaycan poeziyasının inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli şairin yaradıcılığının əsas şərtlərindəndir. Sonra şagirdlər onun müxtəlif şeirlərini söylədilər.Tədbirdə şairin əsərlərindən ibarət sərgi nümayiş etdirildi.