SumgaitLibrary

+994 186520087


Aprel şəhidi Əbdülməcid Axundov

11.10.2018-ci il tarixində Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxannın təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir keçirilib. S.Vurğun adına Mərkəzi kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçən tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Sumqayıt şəhər 16 saylı orta məktəbin direktoru Niyaz Süleymanov, şair Əşrəf Veysəlli, Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, şəhid Mahir Mirzəyevin atası çıxış ediblər. Tədbirdə Nizami Gəncəvi adına kitabxana klubun oxucularının və SDU-nun tələbəsi İbrahim Qəniyevin ifasında şeirlər, Corat mədəniyyət evinin solisti Təranə Nurun ifasında vətənpərvər mahnılar dinlənilib. Sonda şəhidin anası Ceyran Axundova oğlu Əbdülməcid Axundovla bağlı xatirlərini bölüşüb, tədbirin təşkilatçıları və iştirakçılarına göstərdikləri diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvər ruhun yüksəlməsinə xidmət edir. Tədbirdə Əbdülməcid Axundovuna həsr olunmuş videoçarx nümayiş olunub, şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab və dövrü mətbuat materialları sərgilənib.