SumgaitLibrary

+994 186520087


Ekskursiya

10.10.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar 14 saylı məktəbin şagirdləri ilə birlikdə XX Yanğınsöndürmə idarəsinə “Odla oynayanlar” adlı ekskursiya təşkil etmişdir. XX Yanğınsöndürmə idarəsinin rəisi Mirfuad Mahmudov oxucuları salamlayaraq onlara təhlükəsizlik qaydaları ilə bağlı təlimat haqqında geniş məlumat verdi. Sonra XX Yanğınsöndürmə idarəsinin rəis müavini Azər Babayev oxucuları müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları ilə əyani surətdə tanış edərək zəlzələ, dəm qazı təhlükəsi, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, habelə bu situasiyalarda yanğın təhlükəsinin qarşısının alınma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış və xilasetmə qaydaları, daxili yanğın kranlarından, odsöndürən balonlardan istifadə metodları ilə ətraflı məlumatlandırdı. 14 saylı məktəbinTəlim tərbiyə işləri üzrə direktor müavini İlkin Alıyev FHN-nin Sumqayıt şəhər Dövlət Yanğınsöndürmə idarəsinin rəhbərliyinə və mərkəzi kitabxananın uşaq şöbəsinin kollektivinə belə bir layihənin gerçəkləşdirilməsinə görə minnətdarlığını bildirdi və məktəblilərin yaşam tərzi üçün zəruri olan təhlükəsizlik məqamlarını bilmələrinin çox önəmli olduğunu qeyd etdi.