SumgaitLibrary

+994 186520087


Görüş

06.10.2018-ci il tarixində M.Ə Rəsulzadə adına Kitabxana filialda şairə Sevinc Qəribin oxucularla görüşü keçirildi. ”Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü, M.Ə Rəsulzadə adına Kitabxananın təşkilatçılığı ilə keçirilən “Bir dünya Sevinc” adlı tədbirdə şairin həmkarları, yaxın dostları, iş yoldaşları və oxucuları iştirak etdi. Tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə kitabxana rəhbəri Ofelya Qafarova açaraq qonaqları salamladı, tədbir haqqında qısa arayış etdi və sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, şair-jurnalist Namiq Dəlidağlıya verdi. N.Dəlidağlı şairin yaradıcılığından və ümumən ədəbi fəaliyyətindən geniş danışdı. Daha sonra şairəni onun üçün ayrılmış kürsüyə dəvət etdi. S.Qərib gələn qonaqları şeirlə salamladı. Tədbirin aparıcılığını öz üzərinə götürən müəllif bildirdi ki, görüş onun adıyla bağlı olsa da hər bir iştirakçı söz demək imkanına malikdir. Tədbirdə iştirak edən şairlərdən Xatirə Fərəcli, Məryəm Aslanqızı, Lilpar Cəmşidqızı, Rafiq Oday, Asif Asiman, İlqar Türkoğlu, Elli Atayurd, Mayil Məmmədli, Ədalət İzzətoğlu , jurnalist Aygün Hacıyeva, orta məktəb müəllimləri Sevinc Alıyeva, Vüqar Xəyal və digər qonaqlar şairin yaradıcılığından danışıb,ona uğurlar arzulayaraq şeirlərindən nümunələr söylədilər. Saz ifaçısı, şair Ruhiyyə Qarabağlı öz ifaları ilə tədbirə rəng qatdı. Şairin görüşünə gələn “Məşəl” Əlillər Cəmiyyətinin üzvləri, SDU-nun tələbələri, 21 saylı məktəb, TET Gimnaziyanın, 15 saylı orta məktəin şagirdləri həzin musiqi fonunda müəllifin yaradıcılığından nümunələr səsləndirdilər. Tədbir boyunca S.Qərib iştirakçılara yeni şeirlərini oxudu. Səmimi, ürəkaçan və gözəl ab-havada keçən tədbirin sonunda müəllif “Dəlidağ” Ədəbi Birliyinə , M.Ə. Rəsulzadə adına kitabxana kollektivinə və bütün iştirakçılara təşəkkürünü bildirdi. Birlik sədri N.Dəlidağlı və kitabxana rəhbəri O.Qafarova da öz növbələrində hər kəsə təşəkkür ünvanlayaraq, şairə uğurlar arzuladılar. Sonda xatirə şəkilləri çəkildi