SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

05.10.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 34 saylı məktəbin 4 b sinfində 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Şərəflidir müəllim adı”adlı poeziya dəqiqələri keçirmişlər. Tədbiri kitabxanaçı Bağırova Məhparə açaraq uşaqları salamladı və müəllim haqqında geniş məlumat verdi. Sonra şagirdlərdən Xudaverdi Jalə, Məşədiyeva Selcan, Nəzərova Nuridə, Niftullayeva Nərmin, Səidov Əkbər, Osmanlı Almaz, Hüseynli Fatimə, Əkbərli Nəzrin müəllim haqqında şeirlər söylədilər. Sonda sinif rəhbəri Məmmədova Məlahət öz təşəkkürünü bildirdi. Tədbir hamının marağına səbəb oldu.