SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

04.10.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş ”Günəşə bənzəyir müəllim ömrü” adlı ədəb-bədii gecə keçirildi. Tədbiri kitabxananın müdiri H.Pirimova giriş sözü ilə açaraq iştirakçıları salamladı, bütün müəllimlərin peşə bayramını təbrik etdi. SDU-nin müəllimi Əliyev Xasay, 4 saylı məktəbin müəllimi Cəbiyeva Sülhiyyə, Rüstəmova Natəvan və şairə Rəhilə Veysəlli ürək sözlərini söyləyərək kitabxana tərəfindən müəllim əməyinin qiymətləndirildiyinə görə təşəkkür etdilər. Şairə Rəhilə Veysəlli müəllimlərin peşə bayramını öz şeirləri ilə təbrik etdi. Fəal oxuculardan Cəbrayılova Mələk, Nəbiyevaİlahə, Dərgahquliyev Fərid, Qəhrəmanova Ziyafət, Əliyeva Zəhra, Əliyev İbrahim, Məhərrəmova Fatma, Nəbiyeva Günel müəllimə məktəbə, Vətənə aid gözəl şeirlərlə çıxış etdilər. Tədbir sazın sədaları ilə sona yetdi.