SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

03.10.2018-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 15 saylı məktəbdə Müəllimlər Günü ilə əlaqədar “Həyatın ən uca sözüdür müəllim” adlı poeziya dəqiqələri keçirdi.Tədbir 15 saylı məktəbin 1-ci sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi L.Muradova şagirdlərə müəllim əməyindən bəhs edərək bildirdi ki, bu şərəfli peşədə çalışanlar cəmiyyətimizə, ideallarımıza layiq insan yetişdirmək vəzifəsini qarşısına məqsəd qoyan, öz sənətinin məsuliyyətini bütün ciddiyyəti ilə dərk edən vətəndaşlardır. Belə müəllimlərlə biz öyünür, fəxr edirik. Çünki həqiqi müəllim şagirdə bilik öyrətməklə yanaşı öz gözəl xarakteri ilə mənəvi keyfiyyətlər də aşılayır. Sonra şagirdlər müəllimə həsr olunmuş müxtəlif şeirlər söylədilər.