SumgaitLibrary

+994 186520087


Disput

01.10.2018-ci il tarixində Beynəlxalq Ahıllar Günü münasibətilə İncəsənət şöbəsində “Ahılların qəlbinə heç kəs dəyməsin” adlı disput keçirildi.Tədbiri şöbənin müdiri Qələndərova Aidə açaraq bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Bu Qətnamənin prinsipinə əsasən, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.Ahıllara dövlət qayğısından söhbət açıldı.Sonra söz yaşlı nəslin nümayəndələrinə verildi.Onların söylədikləri əhvalatlar, şeirlər, folklor nümunələri maraqla dinlənildi.Tədbirdə həmçinin Tatarıstanın Kazan şəhərindən şəhərimizə qonaq gəlmiş Aznabayeva Gülnara Gilman qızı iştirak etdi. O, öz adət-ənənələrindən söhbət açdı.