SumgaitLibrary

+994 186520087


Disput

30.09.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Ahıllar günü ilə əlaqədar “Qayğıya möhtac insanlar” adlı disput keçirilmişdir. Kitabxanaçı Qurbanova Şeyda tədbiri açaraq sözü Ağsaqqallar Şurasının sədri Vahid Cəfərova verdi. V.Cəfərov ahılları bu əlamətdar gün münasibətilə təbrik edib,ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışdı. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir.