SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

28.09.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 5 saylı məktəbdə poeziya günü ilə əlaqədar “Qələm alıb Vətən yazdım” adlı poeziya dəqiqələri keçirmişdir..Tədbir 5 saylı məktəbin 5-ci sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi L. Muradova şagirdlərə Sumqayıt yazarlarından kimləri tanıdıqları ilə bağlı suallar ünvanladı, onlar sualların cavablandırılmasında fəallıq göstərdilər. Sonra Sumqayıt yazarlarından Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Məryəm Aslanqızının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi, şagirdlər Sumqayıt yazarlarının müxtəlif şeirlərini söylədilər.Tədbirdə Sumqayıt yazarlarının əsərlərindən ibarət sərgi nümayiş olundu.