SumgaitLibrary

+994 186520087


Virtual səyahət

27.09.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında fəal oxucuların iştirakı ilə 27 sentyabr Ümumdünya Turizm günü ilə əlaqədar “Doğma yurdu gəzə-gəzə” adlı virtual səyahət keçirilmişdir. İlk əvvəl uşaqları kitabxanada təşkil edilmiş turizm guşəsi ilə tanış edən kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova sonra onlara Ümumdünya Turizm Gününün təsis olunma tarixi, Azərbaycanda turizmin inkişaf mərhələləri, son 10 il ərzində turizm sahəsində əldə edilən uğurlar, Bakıda və ölkəmizin regionlarında fəaliyyət göstərən istirahət mərkəzləri, Azərbaycan üçün perspektivli turizm istiqamətləri haqqında məlumat verdi. Onun çıxışı ölkəmizin turizm imkanlarını əks etdirən reklam filmləri ilə müşayiət olundu. Uşaqlar bir daha virtual şəkildə Azərbaycanın daxili turizm potensialı, bölgələrin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə yerlərdə müasir tələblərə cavab verən istirahət mərkəzləri ilə tanış oldular.