SumgaitLibrary

+994 186520087


Məlumat günü

26.09.2018-ci il tarixində İncəsənət şöbəsində “Turizm işçiləri günü” münasibətilə “Turizm xidmət etikası” adlı məlumat günü keçirildi. Tədbiri İncəsənət şöbəsinin müdiri Qələndərova Aidə açaraq qeyd etdi ki, turzim Azərbaycan iqtisadiyyatında aparıcı mövqeyə malik ola bilər, çünkü turzim biznesi təsərrüfatın digər sahələrinin inkişafını stimullaşdırmaqla yanaşı hümanitar, tərbiyəvi və estetik amilləri birləşdirir. Ölkəyə turist cəlb etmək uzunmüddətli strategiyadır ki, onun da ən birinci şərti onlara göstərilən xidmətdir.