SumgaitLibrary

+994 186520087


Sual-cavab gecəsi

24.09.2018-ci il tarixində Uşaq şöbəsində Nizami günləri ilə əlaqədar “Nizami Gəncəvini necə tanıyırıq” adlı sual-cavab gecəsi keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin müdiri Y.Hüseynova oxuculara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra oxuculara onunla bağlı suallar ünvanladı:1.Nizaminin ”Xəmsə”sinə daxil olan əsərlər hansılardır? 2.Şairin lirikası öz dövrünün, mühitinin hansı duyğu və düşüncələrini əks etdirir? 3.Şairin əsərlərindən hansı elmləri dərindən öyrənib mənimsəməsi məlum olur? 4. ”Xəmsə”yə daxil olan əsərlərinin hansı hissələrində elmi biliklərin cəmiyyətdə aparıcı qüvvə olduğunu, alimlərə, müdrik insanlara yüksək qiymət verdiyini tərənnüm edir? 5.Şairin əsərlərinin tərbiyəvi əhəmiyyəti nədən ibarətdir? Oxucular sualların cavablandırılmasında fəal iştirak etdilər.Tədbirdə şairin əsərlərindən ibarət sərgi nümayiş olundu.