SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

22.09.2018-ci il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Sülh və insan hüquqları” adlı informasiya saatı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan böyük mütəxəssis Bağırova Rəhilə çıxış edərək dünya ölkələrinin yekdil qərarı ilə əlamətdar gün kimi qəbul edilmiş Beynəlxalq Sülh Gününün əhəmiyyətini diqqətə çadırmış, qeyd etmişdir ki, Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır. 21 avqust - 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” da əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir. R. Bağırova xüsusilə vurğuladı ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır.