SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

20.09.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında fəal oxucuların iştirakı ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Aqil Quliyevin anadan olmasının 55 və Fərhad Hümbətovun 50 illiyinə həsr edilmiş "Vətəni qibləgah edən şəhidlər" adlı informasiya saatı keçirildi.Tədbirin əvvəlində multimedia mütəxəssisi Səbinə Quliyeva hər iki qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan söhbət açaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Aqil Quliyevin və Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirdi. Sonda iştirakçılar şəhidlərin qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs edən viderolok izlədilər.