SumgaitLibrary

+994 186520087


Məlumat günü

19.09.2018-ci il tarixində Uşaq şöbəsi 43 saylı uşaq bağçası ilə birlikdə Beynəlxalq Sülh Günü ilə əlaqədar “Biz sülhə səs veririk” adlı məlumat günü keçirmişdir . Tədbir 43 saylı uşaq bağçasının həyətində məktəbəqədər qrupla birlikdə keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi G.Həsənova əlamətdar gün haqqında onlara geniş məlumat verdikdən sonra “Nağıllar aləmində” başlığı altında təşkil edilmiş sərgidəki fonda yeni daxil olmuş nağıllar və jurnallarla tanış etdi.Uşaqlar açıq havada yerdə rəngli təbaşirlə Sülh günü ilə bağlı müxtəlif rəsmlər çəkdilər və göyərçinləri açıq səmaya buraxaraq xalqımıza əmin-amanlıq, sülh arzuladılar.Tədbir uşaqların böyük marağına səbəb oldu.Məktəbəqədər qrupun tərbiyəçisi Dilbər Ağayeva uşaq şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.