SumgaitLibrary

+994 186520087


Mühazirə

18.09.2018-ci il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə “Əsrin müqaviləsi”nin 24-cü ildönümü ilə əlaqədar “Yeni əsrin uğur zirvəsi” adlı mühazirə keçirilmişdir.Tədbiri giriş sözü ilə açan mutimediya mütəxəssisi Əbdürrəhmanova Sürəyya bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq 1994-cü ilin sentyabrın 20-də dünyanın tanınmış şirkətləri ilə imzalanmış «Əsrin müqaviləsi» son 24 ildə ölkəmizin çağdaş tarixində əsl dönüş nöqtəsi olub. Bu müqavilənin imzalanmasından ötən illər ərzində ölkəmiz iqtisadi-siyasi sahədə daha da qüdrətlənib, dünyanın iqtisadi cəhətdən aparıcı dövlətlərindən birinə çevrilib, Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl rolunu oynayıb. Multimediya mütəxəssisi onu da bildirib ki, ümummilli liderin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman fədakar neftçi əməyinə xüsusi qiymət verib, neft sənayesi işçilərinə böyük diqqət yetirib və ötən müddətdə genişmiqyaslı islahatların aparılmasına, sənayenin şaxələndirilməsinə xüsusi təkan verib.