SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

12.08.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğalı günü ilə əlaqədar "Getməyə vətən gəzirəm" adlı informasiya saatı keçirilmişdir. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək bildirdi ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ böl-gəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.