SumgaitLibrary

+994 186520087


Anım günü

11.08.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev və Fəxrəddin Cəbrayılova həsr olunmuş "Vətənin mərd oğulları" adlı anım günü keçirilmişdir. Aslan Atakişiyev 1953-cü ildə Qubadlıda anadan olub böyüyüb boya başa çatmışdır. Müəllim peşəsinə yiyələnən Aslan Atakişiyev Qarabağ hadisələri zamanı peşəsindən ayrılıb cəbhəyə yollanır. Mərd və cəsarətli olduğuna görə tabor komandiri vəzifəsinə təyin olunur.Bir çox döyüşlərdə düşməni lərzəyə salaraq onlara xeyli itki verdirir.1992-ci ildə döyüşlərin birində əsl qəhrəmanlıq nümayiş etdirir və elə həmin döyüşdə də şəhid olur. Elə 1992-ci ildə də ölümündən sonra Milli Qəhrəman adına layiq görülür. Fəxrəddin Cəbrayılov 1958-ci ildə Qərbi Azərbaycanın Gorus şəhərində doğulub boya başa çatıb.Həyatını hərbi sahəyə həsr edərək Almaniyada sovet ordusunda komandir olur. Vətənə döndükdən sonra da ”N” saylı taborda komandir vəzifəsinə təyin olunur. Beyləqan, Füzuli, Kəlbəcər rayonlarında öz taboru ilə çox sayda düşmən məhv edərək qəhrəmanlıqlar göstərir. Məhz onun qurdugu plan nəticəsində düşmənlərimizin xeyli itkisi olurdu.1995-ci ildə Milli Qəhrəman adına layiq görülüb.