SumgaitLibrary

+994 186520087


Ekskursiya

08.08.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinə Nako Edu Clubun üzvləri ekskursiya etmişlər. Böyük kitabxanaçı Z.Məmmədova Nako EduClubun üzvlərini kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri, nağıl otağı, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, Sumqayıt şəhərinin tarixi ilə bağlı “Mənim ümid şəhərim”, oxucuların rəsm və əl işlərindən ibarət “Bizim rənglər dünyamız”, fondun təbliği ilə əlaqədar “Balalara hədiyyə”, “Fonda daxil olan ədəbiyyat”, AXC-nin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “İstiqlala aparan yol” adlı sərgilərlə tanış etdi.Uşaqlar “İki gonbul”, “Qızıl inəyin nağılı”, “Balaca kölə” nağıllarını ucadan oxudular. Sonda Nako EduClubun müdiri Nargilə Bədəlova uşaqların dünyagörüşünün formalaşmasında böyük rolu olan kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.