SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
07.08.2018-ci il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə görkəmli teatr və kino aktyoru, xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr edilmiş “Mədəniyyətimizin şəxsiyyət zirvəsində əbədiyaşarlıq qazanmış heyrət heykəli, sənət qüdrəti” adlı informasiya saatı keçirilmişdir.Tədbiri böyük mütəxəssis Bağırova Rəhilə açaraq görkəmli aktyorun zəngin yaradıcılığından və peşəkar sənətkar kimi milli kinomuzun inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb. Qeyd olunub ki, Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Onun “Nəsimi”, “Babək”,“Dədə Qorqud” və b.filmlərdə ustalıqla oynadığı zamanlardan keçən Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Cavid kimi layiqli Azərbaycanlı obrazları ilə yaddaşlara hopduğu vurğulanıb və bu rollara görə tamaşaçıların sevgisini qazanıb.