SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

29.07.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş "Söz sərrafı Vaqif" adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın kitabxanançısı Zabitə Səfərova bildirdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhə-miyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətir-məklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Hər bir azər-baycanlı oxucu Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfku-rəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını da-vam etdirirlər.