SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
25.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında bədii söz xəzinəsi sayılan Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin təbliği məqsədilə “Dinləyin, ay balalar, belə deyib babalar” adlı ədəbiyyat saatı keçirildi. Kitabxananın müdiri Nailə Tağıyeva ilk olaraq uşaqlara mərdlik, qəhrəmanlıq, vətənə məhəbbət, insanpərvərlik, əməksevərlik və s. kimi nəcib insani keyfıyyətlər aşılayan, həyatda baş verən hadisələri daha düzgün anlamaqda, onları daha düzgün qiymətləndirməkdə yaxından köməyi olan şifahi xalq ədəbiyyatının növləri (lirik, epik, dramatik), janrları (nəğmələr, mahnılar, bayatılar, laylalar, oxşamalar, yanıltmaclar nağıllar, əfsanələr, lətifələr, dastanlar, xalq oyun-tamaşaları, kukla teatrı tamaşaları), xüsusiyyətləri (tarixilik, həyatilik) haqqında qısa məlumat verdi. Sonra o, uşaqlarla birgə “Uşaq folkloru”, “Dahilərdən 30 nağıl” kitabı əsasında folklor nümunələrinin ucadan oxusunu keçirdi. Uşaqlar üçün mənəvi qida, tərbiyə mənbəyi olan, uşaqların xəyal dünyası və zəkasına, fikir, düşüncə və maraqlarına uyğun seçilmiş bu nümunələr onların xoşuna gəldi.