SumgaitLibrary

+994 186520087


Mühazirə

23.07.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Ağdam rayonunun işğalı ilə əlaqədar “Qarabağın baş qapısı” adlı mühazirə keçirilmişdir. Kitabxanaçı Ağakişiyeva Dilarə oxuculara məlumat verərək qeyd etdi ki, Azərbaycanın dilbər guşələrindən biri olan Ağdamın işğalından 25 il ötür.Ərazisinin 70%ni itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 13 milyard manat vəsait itirib. 23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından baş verib.Düşmənlə üz-üzə əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycan Milli ordusu dururdu.42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.Ağdam rayonu uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub,130 minə yaxın məcburi köçkün Azərbaycanın müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.