SumgaitLibrary

+994 186520087


"Yay məktəbi"

09.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Leyla Mahmudova və "Yay məktəbi"nin fəal üzvləri rus xalq nağılı "Qoğal", fransız xalq nağılı "Qırmızıpapaq" və rus yazıçısı V. Suteyevin "Kim "myau" dedi" nağılı əsasında hazırladıqları kukla tamaşasını azərbaycan, ingilis və rus dillərində nümayiş etdirdilər. Xüsusi dekorasiya ilə bəzədilmiş oxu zalında təqdim edilən kukla tamaşası tədbir iştirakçıları tərəfindən maraqla izlənildi və alqışlandı. Tamaşanın sonunda Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, kitabxana daima uşaqların maariflənməsinə, kitaba və mütaliəyə marağın artırılmasına çalışır: “Məhz bugünkü kukla tamaşasının da təşkil olunmasında əsas məqsədlərdən birincisi dünya və Azərbaycan nağıl qəhrəmanları ilə azyaşlılarımızı tanış etməkdir”.