SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Tapmaca saatı
07.07.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında yay tətili günlərində məktəblilərin asudə vaxtlarının kitabxanalarda səmərəli təşkili və intellektual bilik səviyyələrini inkişaf etdirmək məqsədilə “Tapın görək nədir o” adlı tapmaca saatı keçirildi. Tədbiri multimedia mütəxəssisi Leyla Mahmudova açaraq iştirakçıların folklorun əsas janrlarından biri - insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan tapmacanı yaşından asılı olmayaraq hər kəsin sevdiyini söylədi və tapmaca haqqında geniş məlumat verdi. O,uşaqların dünyagörüşünün, mənəvi aləminin formalaşması məqsədilə təbiətdən, onları əhatə edən ətraf aləmdən, heyvanlar, quşlardan, meyvələrdən, insanın bədən üzvlərindən bəhs edən və öz rəngarəngliyiilə seçilən tapmacalar söylədi. Ədəbi irsimizin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə məktəblilər üçün tərtib edilmiş ”Atalar sözləri və tapmacalar”, “Taptapmaca”, “Uşaq folkloru” kitabları üzrə verilən tapmacaların cavablandırılmasında “yay məktəbi”nin uşaqları fəallıq göstərdilər.