SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

07.07.2018-ci il tarixində Gənclər kitabxanasında XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-publisist Ceyms Oldricin 100-cü ildönümü ilə əlaqədar ”Azərbaycandan bəhs edən ingilis romanı” adlı ədəbiyyat saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi, bildirdi ki, təkcə ingilislərə deyil, bütün dünya xalqlarına məxsus cəsarətli, fədakar yazıçı olan Ceyms Oldric respublikamızda yaxşı tanınır və əsərlərində Azərbaycanla bağlı xalqımız haqqında məhəbbətlə, ehtiramla söz açmışdır. O qeyd etmişdir ki, hələ sovet dövründən Ceyms Oldricin yaradıcılığına ölkəmizdə maraq və onunla əlaqə saxlayan, tədqiqat işləri aparan, alimlərimiz olmuşdur.R. Bağırova vurğulamışdır ki,yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutan Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən “Diplomat” əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı “Əli silahlılar” romanının, “Qafqaz haqqında nəğmə” (1942) bədii reportajının müəllifidir.“Diplomat” romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b. obrazlarını yaratmışdır. Müəllifin həmin romanı, bəzi hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir.