SumgaitLibrary

+994 186520087


Məruzə

02.07.2018-ci il tarixində Gənclər kitabxanasında Azərbaycan Polisi Günü ilə əlaqədar “Dövlətçiliyin qorunması naminə” məruzə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan multimediya mütəxəssisi S. Əbdürrəhmanova çıxış edərək demişdir ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Milli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etmiş, çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmış, həmin dövrdə polis Cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynamış, sovet hakimiyyəti dönəmində isə ictimai-siyasi quruluşun bütün ziddiyyətlərinə baxmayaraq, böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak etmişdir.O qeyd etmişdir ki, bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Keçmiş ittifaq miqaysında Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənmiş, şəxsi heyəti yüksək peşə hazırlığı əldə etmişdir. 1980-ci illərin sonlarında, daxili işlər orqanları özünün birbaşa funksiyalarını həyata keçirməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetirmişdir. Bildirilmişdir ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub.Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.