SumgaitLibrary

+994 186520087


Bacarıqlı əllər

29.06.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Əllərin möcüzəsi” adlı bacarıqlı əllər keçirilmişdir. Tədbir N.Nərimanov parkında açıq səma altında təşkil olundu.Uşaqlarla birlikdə dibçəyin hazırlanması üçün təşəbbüs göstərən fəal valideyn Salıflı Kəminə onun müxtəlif rəngli kağızlarla bəzədilməsi qaydasını onlara göstərdi.Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova uşaqlara uğurlar dilədi. Uşaqlardan hər biri öz bacarığını nümayiş etdirərək, rəngli kağızlardan kəsib bəzəyərək müxtəlif ölçülü dibçəklər hazırladılar.Sonra uşaqlar üçün şahmat, ipatdı, məntiqli və əyləncəli oyunlar keçirildi, “Oxu skamyası” adı altında şöbəyə yeni daxil olmuş ədəbiyyatların sərgisi nümayiş etdirildi.Sonda valideynlər uşaqların marağına və sevincinə səbəb olan, belə əyləncəli tədbirlərin keçirilməsində böyük əməyi olan şöbəmizin əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.