SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

25.06.2018-ci il tarixində Gənclər kitabxanasında gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, onlarda narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq məqsədilə 1 saylı peşə litsey şagirdlərinin iştirakı ilə "Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar olaraq “Narkomaniya və alkoqolizm-sosial problem kimi” adlı “dəyirmi masa” keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Narkomaniya və onun törətdiyi fəsadlardan, cəmiyyət üçün necə ağır bir bəla olmasından söz açıb, narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu bildirib. Dəyirmi masada 1 saylı peşə litseyinin müəllimlərindən Nağıyeva Sevda və Şükürova Gülnarə, multimediya mütəxəssisi S. Əbdürrəhmanova çıxış edərək son illər narkotik istifadəçilərinin sürətlə gəncləşdiyini, narkotik vasitələrindən istifadə edənlər arasında 13-14 yaşlı uşaqların çoxlaması faktlarını vurğulayıblar. Tədbirdə “Narkotika və sağlamlıq”, “Başlanğıc səhv”, “Asılılıq necə başlanır”, “Narkotika həyatı məhv edir” və digər mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.Şagirdlərdən Rzaquliyev İlham, İbrahimov Azər, Alıyev Rəvan, Hüseynov Kənan və başqaları öz çıxışlarında gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması, pis vərdişlərdən hər kəsin uzaq olmasının vacibliyini qeyd etmişlər. Sonda “Narkomaniya-ölümə aparan qısa yol” adlı film nümayiş etdirilmişdir.