SumgaitLibrary

+994 186520087


Səhərcik

25.06.2018-ci il tarixində S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsi 43 saylı uşaq bağçası ilə birlikdə Silahlı Qüvvələr Günü ilə əlaqədar “Ay ana, mən sənin əsgər oğlunam” adlı səhərcik keçirmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək uşaqların birgə ifası ilə başlandı.Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək xalqımıza tezliklə qələbə sevinci, sülh və əmin-amanlıq arzuladı.Sonra bağçanın məktəbəqədər hazırlıq qrupundakı uşaqlar şöbəmizin hazırladığı ssenari əsasında Vətənə, əsgərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Uşaqlar hərbi marşın sədaları altında rəqs etdilər, sürünmə, uzağı vurma, bataqlıqdan keçmə kimi əsgər oyunları nümayiş etdirdilər, S.Vurğunun “Ananın öyüdü” şeri əsasında hazırladıqları səhnəciyi təqdim etdilər.Sonda iştirakçılar Şəmistan Əlizamanlının “Cənab leytenant” mahnısını xorla ifa etdilər.