SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

24.06. 2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Günü münasibətilə “Əsrimizin bəlası” adlı tədbir keçirmişdir. Şöbənin müdiri Qələndərova Aidə tədbiri açaraq tədbir iştirakçılarına bildirdi ki, narkomaniya insan həyatının faciəsi, ümid və arzularının məhvidir.O, narkotik maddələrin insan orqanizminə vurduğu ziyandan söhbət açdı. Diskusiya formasında keçən tədbirdə iştirakçılar öz fikirlərini bildirdilər, rastlaşdıqları hadisələrdən söhbət açdılar. Sonda tədbir iştirakçıları “Narkomaniyaya yox!” adlı sərgi ilə tanış oldular.